İslam İnqilabının Ali Rəhbəri böyük mücahid Seyid Həsən Nəsrullahın anasının vəfatı ilə bağlı başsağlığı verib

Tehran - İRNA - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın anasının vəfatı ilə bağlı başsağlığı verib.

İRNA-nın siyasi məsələlər üzrə bölməsinin məlumatına görə, həzrət Ayətullah Xamenei böyük mücahid Seyid Həsən Nəsrullahın sevimli anasının vəfatı ilə bağlı məktub ünvanlayaraq ona başsağlığı verib. 

İslam İnqilabının Ali Rəhbərinin məktubunun mətni belədir: 

Bismillahir-Rəhmanir-Rəhim 

Böyük mücahid Livan müqavimətinin rəhbəri cənab höccətül-islam vəl-müslimin Hacı Seyid Həsən Nəsrullahın (bərəkətləri davamlı olsun) mübarək hüzuruna 

Salam aleykum 

Əziz ananızın vəfatı münasibətilə səmimi başsağlığı verirəm. O mərhumun uca şəxsiyyəti haqda bu qədər demək kifayət edir ki, müqavimətin yorulmaz Seyyidi onun pak ağuşundan qalxmışdır. Allahın razılıq və rəhməti olsun ona, Allahın salam və bərəkəti olsun sizə və böyük müqavimət cəbhəsindəki mübariz yoldaşlarınıza. 

Seyid Əli Xamenei 

7 xordad 1403 (27 may 2024)

Sizin rəyiniz

You are replying to: .